Keçmiş direktor: “Onlar şərəfli adamı şərəfsiz edirlər”
Bizi izləyin

İdman

Keçmiş direktor: “Onlar şərəfli adamı şərəfsiz edirlər”

Keçmiş direktor: “Onlar şərəfli adamı şərəfsiz edirlər”

“Neftçi”nin keçmiş idman direktoru Güloğlan Cabbarov yenə sərt fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, Cabbarov social şəbəkədə yazdığı statusda Tərlan Əhmədovdan sitat gətirib və futbolun şərəfli insanları şərəfsizə çevirdiyini deyib. Onun əsas hədəfi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev olub:

“Mən də düşmüşəm Azərbaycan futbolunda haqq-ədalət axtarıram. Burada Tərlan Əhmədovun bir sözü yadıma düşdü. Dedi “Hacı, bu futbol elədir ki, şərəfli adamı şərəfsiz edirlər, nə qoyub, nə axtarırsan”.

Raminlər, Xaqanilər olan yerdə nə haqq-ədalətdən söhbət gedə bilər? Hələ gedin bunların keçmişini araşdırın, görün bunlar kim olublar. Futbola yağlı tikə kimi baxırlar. Qaz vurub, qazan doldururlar, bunların vecinə deyil şəffaf futbol, onlara pul olsun, pul...”

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm