"Cim-Bom" məğlub oldu
Bizi izləyin

İdman

"Cim-Bom" məğlub oldu

Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları başa çatıb.

Publika.az xəbər verir ki, bu gün də 4 qrupda 8 oyun keçirilib. Bu mərhələdə əsas diqqət mərkəzində İngiltərənin paytaxtında baş tutan Türkiyənin ÇL-də yeganə təmsilçisi “Qalatasaray” - “Arsenal” qarşılaşması idi. Qrupun start matçında İstanbulda “Anderlext”ə məğlub olan “Cim-Bom” bu dəfə ağır məğlubiyyətlə üzləşdi - 4:1.

D qrupunun digər görüşündə isə Belçikanın “Anderlext” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib. Almanlar gənc heyət qarşısında çətinlik çəkməyib. - 0:3

4 dəfə ÇL-nin qalibi olmuş “Real” isə səfərdə “Ludoqorets”i 2:1, “Bazel” evində”Liverpul”u 1:0 hesabı ilə məğlub edib. “Yuventus” “Atletiko”ya 0:1, “Benfika” isə “Bayer”ə 3:1 hesabı ilə uduzub.

Çempionlar Liqası

II tur

1 oktyabr (çərşənbə)

A qrupu

“Malmö” – “Olimpiakos” - 2:0

Qollar: Rosenberq, 42; 82

“Atletiko” – “Yuventus” - 1:0

Qol: Arda, 75

B qrupu

“Ludoqorets” – “Real” - 1:2

Qollar: Marselino, 6 - Ronaldo, 25, Benzema 77

“Bazel” – “Liverpul” - 1:0

Qol: Streller, 52

C qrupu

"Zenit – “Monako” - 0:0

“Bayer” – “Benfika” - 3:1

Qollar: Kiblinq, 25, Son Heunq-Min, 34, Çalhanoğlu, 63-pen - Salvio, 62

D qrupu

“Anderlext” – “Borussiya” - 0:3

Qollar: İmmobile, 3, Ramos, 70; 79

“Arsenal” – “Qalatasaray” - 4:1

Qollar: Uelbek, 22; 30; 52, Sançes, 41 - Burak, 63

Oxumağa davam et
Reklam
Reklam

Gündəm