• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Bazarlıq” yekunlaşdı-44 alış, 48 satış

  • İdman
  • 6 Fevral 2014 12:22
  • 655 Baxış
“Bazarlıq” yekunlaşdı-44 alış, 48 satış

Azərbyacan Premyer Liqasında qış transfer pəncərəsi bağlanıb. Publika.az xəbər verir ki, 10 klub transfer dövründə heyətinə 44 futbolçu qatıb.

7 futbolçu yeni klublarında icarə əsasında çıxış edəcək. Belə ki, qış fasiləsində "Qarabağ"a qoşulan yeganə futbolçu Jaba Dvali Tiflis "Dinamo"sundan icarəyə götürülüb. Fasilənin ən səs-küylü keçidi Marat İzmayılovun "Portu"dan "Qəbələ"yə icarəyə göndərilməsidi. "Bakı"ya məxsus olan Mindauqas mövsümün sonunadək "Simurq"un formasını geyinəcək. "Sumqayıt" isə "Bakı"dan Elşad Manafovla Rəhman Hacıyevi, "Qəbələ"dən Tərzin Cahangirovu, "Xəzər Lənkəran"dan isə Uğur Pamuku icarəyə götürüb.

Qış fasiləsində heyətinə ən çox futbolçu qatan klub "Sumqayıt" olub - 9 oyunçu. "Qəbələ" isə 7 transfer edib. Bölgə klubu kəmiyyətlə yanaşı, keyfiyyətə də üstünlük verib. Belə ki, Yuri Syominin başçılıq etdiyi komanda ilk dövrədə icarə əsasında klubun formasını geyən Elnur Allahverdiyevin transfer hüqununu alıb. Bununla yanaşı, Marat İzmayılovu, Rafael Santosu, Davron Erqaşevi, Kamran Ağayevi, Anar Nəzirovu və Ruslan Tağızadəni heyətinə qatıb.

"Neftçi" cəmi 2 transfer edib. "Ağ-qaralar" Moskva "Lokomotiv"indən Samir Məsimovla "Zenit"dən Elvin Bədəlovu heyətinə qatıb. Bundan başqa paytaxt klubu "Sumqayıt"da icarə əsasında çıxış edən Ruslan Qurbanovla Elşən Abdullayevi geri qaytarıb. AZAL 7, "Xəzər Lənkəran" 6, "Rəvan" 5, "Simurq" 4, "İnter" 3 oyunçu ilə güclənib. Transfer etməyən yeganə klub isə "Bakı"dı.

Transfer olunan və icaryə götürülən futbolçulardan 21-i əcnəbidi. Klublarımız bu dəfə əsasən Braziliya bazarına üz tutub. Cənubi Amerika ölkəsindən Premyer Liqaya 5 futbolçu gəlib. Gürcüstan, Tacikistan, Bosniya və Hersoqovinadan 2 oyunçu transfer olunub. Rusiya, Kosta Rika, Fransa, Çexiya, Litva, Belçika, Xorvatiya, Makedoniya, Sloveniya və Nigeriyadan 1 futbolçu transfer olunub.

Premyer Liqa klubları qış fasiləsində 48 futbolçu ilə yollarını ayırıb. Onlardan 5-nin icarə müqaviləsi bitib və doğma klubuna dönüb. Daha 5 futbolçu icarəyə verilib. Elita təmsilçilərinin yollarını ayırdığı 48 futbolçudan 17-si əcnəbi, 31-i yerlidi.

Qarabağ

Gələnlər: Jaba Dvali (Dinamo Tiflis, Gürcüstan, icarə).

Gedənlər: Miro Varvodiç, Kamil Hüseynov (Sumqayıt), Murad Səttarlı (Simurq).

Qəbələ

Gələnlər: Ruslan Tağızadə (AZAL), Rafael Santos (Arsenal, Ukrayna), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Anar Nəzirov (Sumqayıt), Davron Erqaşev (Jetisu, Qazaxıstan), Marat İzmayılov (Portu, Portuqaliya, icarə), Kamran Ağayev (Bakı).

Gedənlər: Şəhriyar Xəlilov (Sumqayıt), Tərzin Cahangirov (Sumqayıt, icarə).

Neftçi

Gələnlər: Ruslan Qurbanov (Sumqayıt, icarə müqaviləsi bitib), Elşən Abdullayev (Sumqayıt, icarə müqaviləsi bitib), Samir Məsimov (Lokomotiv Moskva, Rusiya), Elvin Bədəlov (Zenit, Rusiya).

Gedənlər: Slavik Alxasov (Xəzər Lənkəran), Kərim Diniyev (AZAL).

İnter

Gələnlər: Dieqo Madriqal (Deportivo Saprissa, Kosta Rika), Yohan Bokonyano (İstr, Fransa), İvo Taborski (Teplitse, Çexiya).

Gedənlər: Daniel Genov (Lokomotiv Slaviya, Bolqarıstan), İlço Naumoiski (Vardar, Makedoniya), Flavio Bek, Joao Paulo, Ramil Mansurov (Sumqayıt), Elhad Nəziri.

Bakı

Gələnlər: yoxdu.

Gedənlər: Mindauqas Kalonas (Simurq, icarə), Rəhman Hacıyev (Sumqayıt, icarə), Kamran Ağayev (Qəbələ), Elşad Manafov (Sumqayıt, icarə).

Simurq

Gələnlər: Murad Səttarlı (Qarabağ), Usim Nduka (Tavşanlı Linyitspor, Türkiyə), Benjamin Lambot (Lyerse, Belçika), Mindauqas Kalonas (Bakı, icarə).

Gedənlər: Rövşən Əmiraslanov, Nenad Kiso, Orxan Səfiyaroğlu (AZAL).

AZAL

Gələnlər: Rəşad Abdullayev (Rəvan), Orxan Səfiyaroğlu (Simurq), Elçin Sadıqov (Sumqayıt), Nedo Turkoviç (Akjayık, Qazaxıstan), Laşa Kasradze (VİT Georgia, Gürcüstan), Axtam Xamrokulov (Reqar-TadAZ, Tacikistan), Kərim Diniyev (Neftçi).

Gedənlər: Freddi Borq, Yuri Fomenko, Ruslan Tağızadə (Qəbələ), Natiq Kərimi, Vladimir Boqdanoviç.

Xəzər Lənkəran

Gələnlər: Slavik Alxasov (Neftçi), Orxan Əliyev (Sumqayıt), Vyekoslav Tomiç (Şerif, Moldova), Tyeqo (Fiqueyrense, Braziliya), Elias (Atletiko Paranaense, Braziliya), Deyan Blajevski (Turnovo, Makedoniya).

Gedənlər: Duqlas Leyte (Quarani, Braziliya), Elnur Allahverdiyev (Qəbələ), Edu Oriol (AEL, Cənubi Kipr), Uğur Pamuk (Sumqayıt, icarə), Radomir Todorov (Spartak, Bolqarıstan).

Rəvan

Gələnlər: Xulio Sezar (Sentral, Braziliya), Tyaqo Mirasema (Smpayo-Korrea, Braziliya), Mitya Morets (Kaysar, Qazaxıstan), Boyan Markoviç (Hapoel Beer Şeva, İsrail), Oke Akpoveta (Bröndbü, Danimarkan).

Gedənlər: Sebastyan Kastro-Tello (Deqerfors, İsveç), Sahib Sovankulov, Frederik Holster, Vüsal Qarayev, Rəşad Abdullayev (AZAL), Kristian Torres.

Sumqayıt

Gələnlər: Elşad Manafov (Bakı, icarə), Sahruddin Məhəmmədəliyev (Şahdağ), Rəhman Hacıyev (Bakı, icarə), Tərzin Cahangirov (Qəbələ, icarə), Ramil Mansurov (İnter), Uğur Pamuk (Xəzər Lənkəran, icarə), Kamil Hüseynov (Qarabağ), Şəhriyar Xəlilov (Qəbələ), Andrey Popoviç (Tavşanlı Linyitspor, Türkiyə).

Gedənlər: Orxan Əliyev (Xəzər Lənkəran), Slavik Alxasov (Neftçi, icarə müqaviləsi bitib), Ruslan Qurbanov (Neftçi, icarə müqaviləsi bitib), Elşən Abdullayev (Neftçi, icarə müqaviləsi bitib), Kərim Diniyev (Neftçi, icarə müqaviləsi bitib), Zaur Həşimov (karyerasını bitirib), Sabir Allahquliyev (Mil-Muğan), Anar Nəzirov (Qəbələ), Vüqar Əsgərov, Nurlan Novruzov (Bakı, icarə müqaviləsi bitib), Elçin Sadıqov (AZAL), Mirzəağa Hüseynpur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR