• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Simeone Ardanı göylərə qaldırdı

  • İdman
  • 2 Oktyabr 2014 13:05
  • 574 Baxış
Simeone Ardanı göylərə qaldırdı

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının ikinci turunda məğlub etdikləri "Yuventus"la (1:0) oyun haqqında danışıb.

Publika.az xəbər verir ki, o, daha çox qələbə qolunu vuran Arda Turanı tərifləyib:

"Arda xüsusi futbolçudu. Çox ağıllıdı. Hər şeyə vaxtında müdaxilə edir. Sərbəst oynamağı sevir. Bəzən meydanda görünmür. Ancaq onun gördüyü iş, komandaya verdiyi xeyiri mən görürəm. Bunun əsas səbəbi futbolu yaxşı bilməsidi.

Cinahlardakı futbolçuları hücuma qoşmağı çox gözəl bacarır. "Yuventus" məğlub olsa da, dünyanın ən nəhəng klublarından biridi. Böyük komandanı məğlub etdik. Qapalı oyun keçdi. Hər iki tərəf ehtiyatı əldən vermək istəmirdi. Bu səbəbdən oyunun taleyini bir qol həll etdi".

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR