Şakiranın əri hələ də ondan qorxur
Bizi izləyin

İdman

Şakiranın əri hələ də ondan qorxur

Şakiranın əri hələ də ondan qorxur

Hazırda “Barselona”da çıxış edən “Mançester Yunayted”in keçmiş futbolçusu Cerard Pike maraqlı etiraf edib.

Publika.az xəbər verir ki, Pike “Mançester Yunayted”də oynayarkən ən çox kimdən qorxduğunu açıqlayıb:

“Ferqyusondan qorxduğumu deyə bilmərəm. Ancaq Roy Kindən hə. Bu, tam başqa məsələdir. Yadımdadır, paltardəyişmə otağında oturmuşduq. Bu vaxt mənim telefonuma zəng gəldi. Roy Kin telefonun harada olduğunu axtarmağa başladı. Həmin vaxt onun üzünü görmək gərək idi. Bu, əsl Roy Kin stili idi.

Bir dəfə “Barselona” “Seltik”lə qarşılaşırdı. Mən oyundan əvvəl isinmə hərəkətləri edərkən onu meydanın kənarında gördüm. Deyəsən onu həmin oyuna ekspert kimi göndərmişdilər. Dərhal əlimi üzümə tutdum ki, o, məni görməsin. Hələ də ondan qorxuram. İndi 26 yaşım var, ancaq yenə də Kinin zəhmi məni basır”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm