Oyun alverinin iştirakçısı olduğunu etiraf etdi
Bizi izləyin

İdman

Oyun alverinin iştirakçısı olduğunu etiraf etdi

Oyun alverinin iştirakçısı olduğunu etiraf etdi

Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Qabi Fernandes danışılmış oyunların iştirakçısı olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, Qabi “Saraqosa”da oynayarkən “Levante” ilə oyunun nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyindən xəbərdar olduğunu bildirib. Futbolçu prokurorluqda dindirilərkən bu etirafı edib:

“Mən klub rəhbərliyinin tapşırığını yerinə yetirmişəm”.

Qeyd edək ki, söhbət 2010/11 mövsümündə “Saraqosa” ilə “Levante” arasında baş tutan oyundan gedir. Hər iki komandanın futbolçuları oyunun nəticəsinin əvvəlcədən razılaşdırılmasında ittiham olunurlar.

Həmin qarşılaşmada “Saraqosa” elitada yerini qorumaq üçün mütləq qələbə qazanmalıydı. Komanda “Levante”yə 2:1 hesabı ilə qalib gələrək birinci dəstəyə düşməkdən xilas olmuşdu. Məsələ ilə bağlı 20 futbolçu sorğuya cəlb olunub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm