• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şahmatımızın ulduzlarının “Qarabağ”dan istədiyi nədir?

  • İdman
  • 2 Oktyabr 2014 17:40
  • 428 Baxış
Şahmatımızın ulduzlarının “Qarabağ”dan istədiyi nədir?

Bakıda keçirilən şahmat üzrə Qran-Prinin ilk turuna start verilib.

Publika.az xəbər verir ki, ilk turda qarşılaşan azərbaycanlı şahmatçılar-Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun görüşü heç-heçə başa çatıb. Şahmatçılar mətbuat konfransında bu gün Avroliqada "İnter"in qonağı olacaq Azərbaycan çempionu "Qarabağ"ın oyunu haqda danışıblar. Teymur Rəcəbov gələcəkdə futbol üzrə Azərbaycan millisinin də güclü nəticələr qazanacağını deyib:

"Biz hər zaman idmançılarımızla təmasdayıq. Azərbaycan bayrağını yüksəldən hər bir idmançımızla fəxr edirik. Futbol klublarımızın uğuru gələcəkdə millimizi də gücləndirəcək. 10 il əvvəl kim deyərdi ki, şahmatçılardan ibarət Azərbaycan millisi iki dəfə Avropa çempionu olacaq. Klublarımızın uğuru gələcəkdə milliyə də təsir edəcək".

Şəhriyar Məmmədyarov isə "Qarabağ"ın oyununa baxmağa çalışacağını deyib:

"Azərbaycan çempionunun son nəticələri bizi sevindirir. Avrokuboklarda bütün oyunları izləyirəm. Hər bir klubumuza dəstək oluram. İtaliyada oyun çətin olacaq. "Neftçi" o vaxt 2-2 oynayanda son oyun olduğu üçün rəqibdə motivasiya az idi. Bu dəfə əsas futbolçular mübarizə aparacaq. Qoy komandamız istədiyimiz kimi oynasın, nəticəni qəbul edərik".

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR