“Bakı” “Simurq”u Zaqatalaya əliboş göndərdi
Bizi izləyin

İdman

“Bakı” “Simurq”u Zaqatalaya əliboş göndərdi

“Bakı” “Simurq”u Zaqatalaya əliboş göndərdi

Bu gün Azərbaycan Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyun keçirilib.

Publika.az xəbər verir ki, "Bakı" "Simurq"u qəbul edib. Ötən tur "Araz-Naxçıvan"ı məğlub edərək yeni mövsümdəki ilk qələbəsini qazanan paytaxt klubu “Simurqu”da xalsız qoyub. Oyunda cəmisi bir qol vurulub. 35-ci dəqiqədə Nurlan Novruzovun vurduğu qol “zolaqlılar”ın qələbəsi üçün yetərli olub.

“Bakı” – “Simurq” - 1:0

Qol: Nurlan Novruzov, 35

Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ömər Paşayev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Kərim Ağayev

“Bakı”nın təlim-məşq bazasının stadionu

“Bakı”: 1. Aqil Məmmədov, 19. Elton Hüseynov, 6. Vüqar Bəybalayev, 3. Yure Travner, 5. Georgios Palagios, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 18. Əziz Quliyev

Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 21. Elşad Manafov, 17. Elmin Əsgərli, 22. Risto Ristoviç, 45. Mahir Mədətov, 20. Valeh Seyidov, 15. Azad Kərimov

Baş məşqçi: İbrahim Uzunca

“Simurq”: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 13. Əli Gökdemir, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç

Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 9. Lukas Tresnak, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı

Baş məşqçi: George Çixradze

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm