“Ermənistan yığmasının Bakıya gəlməsini Sarkisyanla müzakirə edəcəm”
Bizi izləyin

İdman

“Ermənistan yığmasının Bakıya gəlməsini Sarkisyanla müzakirə edəcəm”

“Ermənistan yığmasının Bakıya gəlməsini Sarkisyanla müzakirə edəcəm”

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan jurnalistlərinə açıqlamasında ölkəmiz və şahmat üzrə Dövlət Proqramı haqda danışıb.

Publika.az xəbər verir ki, İlyumjinov yaxın vaxtlarda Azərbaycan prezidenti ilə görüşəcəyini bildirib:

“Azərbaycanda olmaqdan məmnunam. Qran-Pri turnirini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman naziri, Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm. FİDE-yə 181 ölkə üzv olub. Amma yalnız Azərbaycanda şahmatın inkişafına görə Dövlət Proqramı var. Bu proqram 2009-2014-cü illəri əhatə edir. Dövlət Proqramı müvafiq strukturlar tərəfindən yerinə yetirildi.

Azərbaycan mötəbər yarışları qəbul etdi. Eyni zamanda yığmanız iki dəfə Avropa çempionu olub. Nəticələr hamıya məlumdur. Yəqin, yaxın aylarda Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüz olacaq və orada mən Dövlət Proqramının vaxtının uzadılması barədə danışacam.

Gələn il Bakıda Dünya Kuboku var, 2016-cı ildə şahmat Olimpiadası keçiriləcək. Dövlət Proqramının 5 il müddətinə artırılması şahmatın inkişafını daha da sürətləndirəcək”.

Kirsan İlyumjinov oktyabrın 17-də Ermənistana səfər edəcəyini və orada yerli şahmat qurumunun rəsmiləriylə görüşəcəyini bildirib:

“Serj Sarkisyanla görüşümdə Bakıda keçiriləcək Dünya Kuboku və şahmat Olimpiadası barədə danışacam. FİDE böyük ailədir. Biz istəyirik ki, Ermənistan yığması Bakıda keçiriləcək Olimpiadada, onların şahmatçıları isə 2015-ci ildə baş tutacaq Dünya Kubokunda iştirak etsin. Bununla bağlı müzakirələrimiz olacaq. Ötən dəfə Ermənistanda olarkən bir daha bildirmişdim ki, onlar Dünya Kuboku və şahmat Olimpiadasında iştirak etməlidir. Biz bütün komandaların turnirdə mübarizə aparmasını istəyirik."

Qeyd edək ki, Azərbaycan Ermənistan komandasının təhlükəsizliyinə dövlət səviyyəsində zəmanət verib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm