UEFA 3 klubu cəzalandıracaq
Bizi izləyin

İdman

UEFA 3 klubu cəzalandıracaq

UEFA 3 klubu cəzalandıracaq

UEFA "Qalatasaray", "Bazel" və "Borussiya” ( Dortmund) komandalarına qarşı intizam qaydalarının pozulması maddəsi ilə araşdırmalara start verib.

Publika.az xəbər verir ki, “Qalatasaray”ı çətin vəziyyətə salan azarkeşlərin “Arsenal”la oyunda meydana fişəng atması olub. Xatırladaq ki, vəziyyət Sneyderin fanatlara müraciətindən sonra qaydasına düşmüşdü.

"Borussiya" da eyni səbəblərə görə cəzalandırıla bilər. "Bazel"in isə "Liverpul"la qarşılaşmada meydana atılan yad cisimlərə görə cəzalandırılacağı bildirilir.

Bütün məsələlərə qurumun İntizam Komitəsi tərəfindən oktyabrın 16-da baxılacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm