İlk gündə 136-sı tutaşdı
Bizi izləyin

İdman

İlk gündə 136-sı tutaşdı

İlk gündə 136-sı tutaşdı

Hövsan Olimpiya İdman Kompleksində "Gələcəyin Olimpiyaçıları" açıq Respublika turniri start götürüb.

Əvvəlcə yarışların açılış mərasimi olub. Publika.az xəbər verir ki, açılış mərasimi başa çatdıqdan sonra sərbəst güləş yarışlarında final görüşləri keçirilib.

AGF Baş katibi Əjdər Cəfərov yarışla bağlı fikirlərini bölüşüb:

“Bu turnirdə mübarizə aparan güləşçilər arasında ən yaxşılar gələcəkdə milli komandamızın şərəfini qoruyacaqlar. Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun göstərişi ilə hazırlanan yeniyetmə və gənc güləşçilərin inkişafı proqramına əsasən, artıq kiçik yaşlı idmançılar da yığmaya cəlb olunacaqlar, təlim-məşq toplanışları keçəcəklər.

Ümid edirəm, hətta inanıram ki, burada yüksək nəticə qazanan güləşçilər 2018-ci ildə keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəklər. Eyni zamanda bu uşaqların gələcəkdə böyüklər arasında da Avropa və Dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında sözlərini deyəcəklərinə şübhə yoxdur. Hazırda federasiyamızın apardığı məqsədyönlü siyasət nəticəsində istəyimizə nail olacağımıza inanıram”.

Qeyd edək ki, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr mübarizə aparırlar. Azərbaycan pəhləvanları ilə yanaşı, yarışda İran və Rusiya güləşçiləri də iştirak edirlər. Turnirin ilk günündə sərbəst güləş üzrə 136 pəhləvan mübarizə aparıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm