“Xəzər Lənkəran” “Azerfon”la müqavilə bağladı
Bizi izləyin

İdman

“Xəzər Lənkəran” “Azerfon”la müqavilə bağladı

“Xəzər Lənkəran” “Azerfon”la müqavilə bağladı

"Xəzər Lənkəran"la "Nar Mobile" ticarət nişanı ilə fəaliyyət göstərən "Azerfon" şirkəti arasında iki illik korporativ tərəfdaşlıq müqaviləsi imzalanıb.

Publika.az xəbər verir ki, 1 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmiş razılaşmaya əsasən, tərəflər öz üzərlərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürüblər. Eyni zamanda, şirkətlər arasında ayrıca sponsorluq müqaviləsi də imzalanıb ki, bu müqavilə "Azerfon" şirkətinin "Xəzər Lənkəran"ın iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə klubun rəsmi tərəfdaşı olacağını təsdiq edir.

"Azerfon" şirkətinin baş icraçı direktoru Kent Maknili, "Xəzər Lənkəran"ın və ümumilikdə "Palmali" Şirkətlər Qrupunun fəaliyyətini yüksək qiymətləndirib. Son illər "Nar Mobile" mobil operatorunun nəzərə çarpacaq uğurlara imza atdiğını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq "Azerfon"la əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğulayıb.

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov isə qeyd edib ki, sözügedən müqavilələrin imzalanması tərəflər arasında uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. "Azerfon" şirkəti və "Xəzər Lənkəran" arasında sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirilib ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə "Nar Mobile" mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm