UEFA "Qarabağ"la oyunöncəsi "Dnepr"i cəzalandırdı
Bizi izləyin

İdman

UEFA "Qarabağ"la oyunöncəsi "Dnepr"i cəzalandırdı

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr"ə cəza tətbiq edib.

Trend UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna Ukrayna təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin ilk turunda "İnter"lə matçda irqçi şüarlar səsləndirməsi və məşəl yandırması səbəb olub. Buna görə də "Dnepr"in növbəti - "Qarabağ"la matçında stadionun B 41 sektoruna azarkeş buraxılmayacaq. Bundan başqa, həmin sektora "Rasizmə yox" banneri yerləşdirəcək.

"Dnepr" həmçinin UEFA-ya 24 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, “Dnepr” - “Qarabağ” matçı oktyabrın 23-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm