Naxçıvanlı azarkeşlərdən biri bu hədiyyənin sahibi olacaq - FOTO
Bizi izləyin

İdman

Naxçıvanlı azarkeşlərdən biri bu hədiyyənin sahibi olacaq - FOTO

Naxçıvanlı azarkeşlərdən biri bu hədiyyənin sahibi olacaq

Fevralın 9-da "Araz-Naxçıvan" Zirə qəsəbəsindəki stadionda "Bakılı"nın qonağı olacaq. Publika/az xəbər verir ki, "Nəqşicahan" azarkeş qrupu bu oyuna xüsusi hazırlaşır.

Azarkeşlərin stadionlara gəlməsinə marağın artırılması məqsədilə "Nəqşicahan" azarkeş qrupu maraqlı təbliğata başlayıb. Oyun zamanı "Nəqşicahan"la bir sektorda komandanı dəstəkləyən azarkeşlərə üzərində rəqəm yazılmış vərəqələr paylanacaq.

Həmin vərəqələrin bir nüsxəsi İH-nin bir üzvündə saxlanılacaq. Oyunun fasiləsi zamanı azarkeşlərlərdən biri paketin içindən rəqəmlərdən birini çıxaracaq. Həmin rəqəm kimdə olarsa, ona komandanın baş məşqçisi, məşqçiləri və futbolçuları tərəfindən imzalanmış top hədiyyə ediləcək.

Qeyd edək ki, "Nəqşicahan" rəhbərliyi və üzvləri obyektivliyin təmin olunması məqsədilə bu uduşda iştirak etməyəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm