• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Antonio Konte millimizə qarşı 26 futbolçu çağırdı

  • İdman
  • 5 Oktyabr 2014 11:41
  • 331 Baxış
Antonio Konte millimizə qarşı 26 futbolçu çağırdı

İtaliya yığmasının baş məşqçisi Antonio Konte oktyabrın 10-da millimiz və 13-də Malta ilə seçmə oyunlar üçün heyəti açıqlayıb. Publika.az saytının məlumatına görə, “Yuventus”un sabiq çalışdırıcısı yığmamızla baş tutacaq qarşılaşma üçün 26 futbolçuya dəvət göndərib.


Konte ilk dəfə milliyə iki yeni oyunçu çağırıb. Bunlardan biri “Empoli”nin müdafiəçisi Daniele Ruqanidir. Digər futbolçu isə “Sautqempton”un hücumçusu Qraziano Pelle olacaq ki, 29 yaşlı forvard yığmamıza qarşı forma geyinəcək.

Qeyd edək ki, İtaliya – Azərbaycan oyunu Palermo şəhərində baş tutacaq. Qarşılaşma isə Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Qapıçılar: Canluici Buffon (“Yuventus”), Mattia Perin (“Cenoa), Salvatore Siriqu (PSJ, Fransa)

Müdafiəçilər: Leonardo Bonuççi, Corco Kellini, Ancelo Oqbana (hamısı - “Yuventus”), Andrea Ranokkya (“İnter”), Daniele Ruqani (“Empoli”)

Yarımmüdafiəçilər: Alberto Akvilani, Manuel Paskual (hər ikisi - “Fiorentina”), Ciacomo Bonaventura, Mattia de Şilyo, Andrea Poli (hamısı - “Milan”), Antonio Kandreva, Marko Parolo (hər ikisi - “Latsio”), Matteo Darmian (“Torino”), Alessandro Florentsi “(Roma”), Klaudio Markizio (“Yuventus”), Tyaqo Motta, Marko Verratti (hər ikisi – PSJ, Fransa)

Hücumçular: Mattia Destro (“Roma”), Sebastian Covinko (“Yuventus”), Çiro İmmobile (“Borussya” D, Almaniya), Pablo Osvaldo (“İnter), Qraziano Pelle (“Sautqempton”, İngiltərə), Simone Zaza (“Sassuolo”)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR