“Real” “Atletik”i darmadağın etdi: Ronaldodan het-trik, Benzemadan dubl
Bizi izləyin

İdman

“Real” “Atletik”i darmadağın etdi: Ronaldodan het-trik, Benzemadan dubl

İspaniya Primyer Liqasının 7-ci turu “Real” – “Atletik Bilbao” matçları ilə yekunlaşıb. “Kral klubu” “Atletik”in qapısından 5 cavabsız qol keçirib.

Publika.az xəbər verir ki, “Real”ın heyətində Kriştiano Ronaldo het-trikə imza atıb, fransız forvard Karim Benzema isə dublla yadda qalıb. Portuqaqliya yığmasının kapitanı 13-cü qolla Primyer Liqada bombardirlər siyahısına başçılıq edir.

Bu qələbədən sonra Karlo Ançelottinin komandası 15 xalla 4-cü yerdədir. “Barselona” isə 19 xalla liderdir, ondan sonra 17 xalla “Valensiya” gəlir. Ilk üçlüyü isə 16 xalla “Sevilya” qapadır.

İspaniya Çempionatı, 7-ci tur

“Real”-“Atletik” -5:0

Kriştiano Ronaldo, 2, 55, 90, Karim Benzema, 40, 69

“Espanyol”-“Real Sosyedad” -2:0

Lukas Vaskes, 7, Kristian Stuani, 90

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm