• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

PSJ “Monako” ilə sülhlə ayrıldı

  • İdman
  • 6 Oktyabr 2014 11:46
  • 309 Baxış
PSJ “Monako” ilə sülhlə ayrıldı

Fransa çempioantında 9-cu turun oyunları çərçivəsində hazırkı çempion PSJ vitse-çempion “Monako” ilə üz-üzə gəlib. Publika.az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmada hesabı PSJ-nin braziliyalı yarımmüdafiəçisi Lukas Mouro açıb, amma 18 yaşlı fransalı hücumçu Antoni Martyal vurduğu qol bərabərlik yaradıb.


Bu oyundan sonra PSJ-nin aktivində 15 xal var. Onunla eyni xala malik “Lille” və “Nant” klubları ilə 3-5-ci yerləri bölüşüdürür. “Monako” isə çempionatda cəmi 11 xal toplaya bilib. Lider isə 22 xalla “Marsel”dir.


Fransa çempionatı, 9-cu tur

PSJ – “Monako” – 1:1

Lukas Moura, 71 – Antoni Martyal, 90+2

Gülnar Əliyeva




Xəbər lenti

DAHA ÇOX XƏBƏR