UEFA klubların reytinqini açıqladı: "Neftçi" "Qarabağ"dan öndədir
Bizi izləyin

İdman

UEFA klubların reytinqini açıqladı: "Neftçi" "Qarabağ"dan öndədir

UEFA bu gün klubların növbəti reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, 454 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubu təmsil olunub.

Avropa Liqasının qrup mərhələsində "İnter"ə 0:2 hesabı ilə uduzan “Qarabağ” klubu 2 pillə geriləyərək 201-ci yerdə qərarlaşıb.

Reytinqdə hələlik Azərbaycan klubları arasında ən yaxşı göstərici “Neftçi”yə məxsusdur. "Ağ qaralar" da "Qarabağ" kimi iki pillə geriləyib. Son Azərbaycan kubokunun sahibi siyahıda 174-cü olub.

Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:

174. “Neftçi” (-2)
201. “Qarabağ” (-2)
273. “İnter” (-2)
300. “Xəzər Lənkəran” (0)
347. “Bakı” (0)
371. “Qəbələ” (0)
372. AZAL (0)

Reyntiq cədvəlinə yenə də Çempionlar Liqasının son qalibi “Real” (Madrid) klubu başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.

Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycan bir pillə irəliləyərək 29-cu olub. Ölkəmiz reytinqdə Slovakiyanı qabaqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm