Ölkəsində irqi ayrıseçkilik edən prezidenti cəza gözləyir
Bizi izləyin

İdman

Ölkəsində irqi ayrıseçkilik edən prezidenti cəza gözləyir

UEFA İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkionu 6 ay müddətinə boykot edib. Publika.az xəbər verir ki, bunun səbəbi Tavekkionun prezidentliyə namizəd olduğu vaxt səsləndirdiyi irqçi fikirlər olub.

Avqustdan etibarən UEFA və FİFA tərəfindən aparılan araşdırmanın nəticəsi bu gün elan olunub. Beləliklə, bir neçə ay əvvəl federasiyaya prezident seçilmiş Tavekkio 2015-ci ilin martında keçiriləcək UEFA konqresində iştirak etməyəcək.

Federasiyadan da bildirilib ki, İdman Arbitraj Məhkəməsinə müraciət ünvanlayacaqlar.

Məlumat üçün bildirək ki, iyul ayında etdiyi çıxışda Tavekkio İtalyada oynayan afrikalı futbolçuları "banan yeyənlər" adlandırmışdı. Hələ o zaman onun bu fikri də irqi ayrı-seçkilik kimi qiymətləndirilib, böyük etirazla qarşılanmışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm