Futbol matçına yazdığı proqnozdan milyon qazandı
Bizi izləyin

İdman

Futbol matçına yazdığı proqnozdan milyon qazandı

Məşhur boksçu Floyd Meyvezer yazdığı proqnozla böyük məbləğdə pul udub.

Publika.az xəbər verir ki, Floyd Meyvezer "İndianapolis Kolts" - "Yaksonville Yaquar" komandaları arasında keçirilən Amerika futbol matçına proqnoz yazıb. O, sentyabrın 21-də baş tutan matça 720 min dollar pul qoyub və 1 milyon 405 min 714 dollar qazanıb.

Meyvezer, iyulun 10-da başqa bir kupona 220 min dollar pul qoyub və 220 min dollar qazanc götürüb.

O, həmin kuponları "Instagram" səhifəsində paylaşıb.

Qeyd edək ki, Floyd məşhur "Forbes" jurnalının “ən çox qazanan idmançıları” siyahısında liderdir. Onun illik qazancı 105 milyon dollar təşkil edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm