104 yaşlı fanata inanılmaz sürpriz
Bizi izləyin

İdman

104 yaşlı fanata inanılmaz sürpriz

"Liverpul"un fanatı Betti Masker oktyabrın 24-də 104-cü yaş günündə 4 mindən artıq təbrik məktubu alacaq.

Publika.az xəbər verir ki, bu barədə "Liverpool Echo" məlumat yayıb.

Sosial şəbəkələrin birində başlanan "104 məktub" adlı onlayn kampaniya qısa müddət ərzində böyük maraq yaradıb.

Amma internet istifadəçiləri sözügedən rəqəmdən daha çox məktub göndəriblər.

Qocalar evinin işçilərinin sözlərinə görə, Masker üçün hər gün 200-ə yaxın məktub gəlir.

Yaşlı fanatın ad gününə hələ 2 həftədən çox vaxt qaldığını nəzərə alsaq, məktubların sayının daha da artacağı görünür.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm