Tanınmış jurnalisti dünyasını dəyişdi – FOTO
Bizi izləyin

İdman

Tanınmış jurnalisti dünyasını dəyişdi – FOTO

İspaniyanın tanınmış idman jurnalisti Aqustin Veqa 80 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, əsasən "AS" jurnalındakı fəaliyyəti ilə tanınan Veqa "Santiago Bernabeu"da qol vurmağa da nail olmuşdu. Qapının arxasında oturan jurnalist çərçivədən yan keçən topu saxlamaq istəsə də, top "Real"ın qapısına daxil olmuşdu. Qol hesaba alınmamışdı, Aqustinin isə bu hərəkəti bağışlanmışdı. Sonradan onun "Atletiko" azarkeşi olduğu meydana çıxıb.

Qeyd edək ki, jurnalistin çəkdiyi ən maraqlı foto 1958-ci ilə təsadüf edir. O zaman Avropa kuboklar Kubokunda "Vasas" klubunu qəbul edən "Real" Alfredo Di Stefanonun cərimə zərbəsindən vurduğu qolla önə keçmişdi.

Di Stefanonun qol sevincini ustalıqla lentə alan Veqa bununla daha da məşhurlaşıb, ən yaxşı idman jurnalisti kimi tanınmağa başlamışdı.

Sonralar Di Stefanonun heykəli onun çəkdiyi fotodakı formaya əsasən hazırlanmışdı.

Məlumat üçün bildirək ki, 1914-cü ildə Fromista şəhərində dünyaya göz açsa da, onun həyatı Madridlə bağlı olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm