"Qarabağ"a görə "Metallist"in oyununun vaxtı dəyişdi
Bizi izləyin

İdman

"Qarabağ"a görə "Metallist"in oyununun vaxtı dəyişdi

Xarkov təmsilçisi rəqibini Lvovda deyil, Kiyevdə qəbul edəcək.

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Metallist" (Ukrayna) - "Legiya" (Polşa) matçının vaxtı və yeri dəyişdirilib.

Publika.az xəbər verir ki, sözügedən qarşılaşma Lvovda deyil, Kiyevdə baş tutacaq.

Üstəlik oyun bir gün tez - oktyabrın 22-də Valeri Lobanovski adına "Dinamo" stadionunda keçiriləcək. Buna oktyabrın 23-də "Dnepr"in Kiyevdə "Qarabağ"ı qəbul etməsi səbəb olub. UEFA qaydalarına əsasən, eyni şəhərdə bir gün ərzində iki avrokubok matçı keçirilə bilməz. Bu səbəbdən "Metallist" - "Legiya" oyunu bir gün öncəyə təyin olunub.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm