Azərbaycan Güləş Federasiyası Hamza Yerlikayanı mükafatlandırdı- FOTO
Bizi izləyin

İdman

Azərbaycan Güləş Federasiyası Hamza Yerlikayanı mükafatlandırdı- FOTO

Azərbaycan Güləş Federasiyası Hamza Yerlikayanı mükafatlandırdı- FOTO

Azərbaycan Güləş Federasiyası Beynəlxalq Güləş Federasiyasının (FİLA) üzvü kimi həm təşkilat çərçivəsində, həm də ayrılıqda üzv ölkələrin Güləş Federasiyaları iləyüksək səviyyədə ikitərəfli əməkdaşlıq edir.

Publika.Az xəbər verir ki, bir neçə gün öncə, İstanbulda keçirilən Vehbi Emrenin xatirəsinə beynəlxalq turnir zamanı Türkiyədə güləş idman növünün daha da populyarlaşmasında, türk güləşinin inkişafında və Azərbaycan Güləş Federasiyası ilə əməkdaşlıqdakı yüksək xidmətlərinə görə,

Türkiyə Güləş Federasiyasının prezidenti, ikiqat Olimpiya çempionu Hamza Yerlikaya Azərbaycan Güləş Federasiyası tərəfindən xüsusi plaketlə təltif olunub.

Plaketi AGF-nin I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin adından Federasiyanın baş katibi Əjdər Cəfərov təqdim edib.

Aygün İlqarqız

Oxumağa davam et
Reklam
Reklam

Gündəm