Bu bacılar Azərbaycandan imtina etdi?
Bizi izləyin

İdman

Bu bacılar Azərbaycandan imtina etdi?

Voleybolçu Yelena və Oksana Parxomenko bacıları millidəki karyeralarını başa vurublar. Publika.az xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytı məlumat yayıb.

Belə ki, bacılar AVRO-2014-ün final mərhələsindən sonra Azərbaycan millisində çıxışlarını dayandırmaqla bağlı qərar qəbul ediblər. Buna görə, yığmamız növbəti ciddi sınağına - AVRO-2015-in “pley-off” mərhələsinə onlarsız qatılacaq. Hazırda Oksana "Azəryol"da, Yelena “İqtisadçı"da çıxış edir. Onlar klub karyeralarını davam etdirəcək.

Bacıların uğurları və karyerası:

Oksana milli komandada debüt edib (1998-ci il)

Millidə kapitan sarğısını daşıyıb (2006-cı ildən)

Azərbaycan, Türkiyə, İsveçrə və Rusiya klublarında oynamış toppaylayıcı

“Azərreyl”lə “Top-komandalar” kubokunu qazanıb(2002-ci ildə).

Yelena (Blokçu ) 2003-cü ildən millimizin şərəfini qoruyur.

“Azərreyl”lə “Top-komandalar” kubokunu qazanıb.( 2002-ci il)

“Lokomotiv”lə “Çelenc Cup”a sahib olub. (2012-ci il)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm