İkiqat olimpiya çempionu həbs olundu
Bizi izləyin

İdman

İkiqat olimpiya çempionu həbs olundu

İkiqat olimpiya çempionu norveçli xizəkçi Petter Nortuq həbs olunacaq.

İdmançı 50 gün həbs cəzasına və 185 min kron cəriməyə məruz qalıb. Publika.az-ın məlumatına görə, səbəb çempionun sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub. O, bununla da yetinməyib. Nortuq öz maşını ilə Tronheymdə yol qəzası törətdikdən sonra hadisə baş verən ərazidən qaçıb.

Qəzada xəsarət alan olmayıb. Olimpiya çempionunun özü hadisənin sabahı polis bölməsinə gələrək, günahını etiraf edib.

Məhkəmədə prokuror onun 60 gün azadlıqdan məhrum edilməsini istəyib. Lakin hakim cəzanı yüngülləşdirib. Nortuqun nə vaxt həbsdə yatacağı bilinmir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm