Foqts Türkiyədə oynayanları tənqid etdi – “inkişafı yox, pulu düşünürlər”
Bizi izləyin

İdman

Foqts Türkiyədə oynayanları tənqid etdi – “inkişafı yox, pulu düşünürlər”

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları İtaliya ilə keçirilən oyundan öncə mətbuat konfransı təşkil edib.

Berti Foqts Türkiyə PTT 1-ci Liqasında çıxış edən Vaqif Cavadov, Mahir Şükürov və Cavid İmamverdiyevi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən İtaliya və Xorvatiya ilə oyunlara dəvət etməməsinin səbəbini açıqlayıb. O, bunları söyləyib:

"Bədavi Hüseynov son dövrlərdə əla təsir bağışlayır. Qara Qarayevin kiçik zədəsi olsa da, o da yaxşı oynayır. Sizcə, Azərbaycan Premyer Liqası Türkiyə PTT 1-ci Liqasından zəifdi? Futbolçular üçün pul daha vacibdi, yoxsa karyera? Yaxşı futbolçu "Neftçi"nin, "Qarabağ"ın, "Xəzər Lənkəran"ın heyətində çempion olmağa çalışar, daha Türkiyənun aşağı liqalarında naməlum hədəflər üçün mübarizə aparmaz.

Niyə bizim futbolçular Avropada çıxış etmirlər? Mən bu sualın cavabı üstündə saatlarla düşünürəm. Azərbaycanlı oyunçular futbolla yaşamırlar. Son 3-4 ildə yaxşı futbolçular peyda olublar, amma onlar klublarını dəyişirlər, formalarını itirirlər. Niyə? Bizim futbolçular almanlarla, italyanlarla müqayisədə özlərinə tez vurulurlar, ulduz xəstəliyinə tutulurlar".

Vaqif Cavadovun atası və meneceri Füzuli Cavadov mətbuata açıqlamasında oğlunun milliyə çağrılmamasına belə münasibət bildirmişdi:

“Məgər Bolqarıstanla oyunda kimsə yaxşı oynadı? Vaqif meydanda 45 dəqiqə olsa da, ən yüksək qiyməti aldı. Digər mövqelərdə də xeyli səhvlər oldu. Onun oynamasının nəticəyə heç bir təsiri olmadı axı. Vaqifin çağırılmamasında kiminsə əli, "barmağı” var. Amma bilmirəm kimdir”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm