Teymur Rəcəbov heç-heçə oynadı
Bizi izləyin

İdman

Teymur Rəcəbov heç-heçə oynadı

Şahmat üzrə Bakıda keçirilən Qran-Pri turnirində Teymur Rəcəbov Kuba təmsilçisi Lenyer Dominqeslə zəkasını sınağa çəkib.

Publika.az xəbər verir ki, şahmatçımız oyunu heç-heçə ilə başa vurub.

T.Rəcəbov qeyd edib ki, bütün gedişləri hesablaya bildi. Üstünlük qazanmaq üçün müəyyən gedişləri yerinə yetirib. "Heç-heçə imkanı var idi. Amma o gedişlərdən yayınmağa çalışdım. Ağ fiqurların qaralara qarşı kəskin hücum reallaşdırmağı görünmürdü. Bununla belə, maraqlı oyun alındı. Üstünlüyü sona qədər saxlamaq mümkün olmadı. Üstünlük itiriləndən sonra partiya heç-heçəyə gedirdi", - Rəcəbov deyib.

L.Dominqes isə deyib ki, rəqibin üstünlüyü partiyanın əvvəlində hiss olunurdu. Bununla belə, üstünlük sona qədər qorunmadı. "Mənim üçün turnirdə ən maraqlı partiya oldu. Ağ fiqurlar vəziyyətdən üstün istifadə edə bilmədi. Bütün gedişləri hesabladım. Sözün əsl mənasında bu partiyadan zövq aldım. Oyun bir neçə istiqamətə yönələ bilərdi. Heç-heçə yaxşı və oyuna uyğun nəticədir", - Dominqes əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm