Federasiya prezidenti qətlə yetirildi – Axtarış gedir
Bizi izləyin

İdman

Federasiya prezidenti qətlə yetirildi – Axtarış gedir

Rusiya Boks Federasiyasının prezidenti Vladimir Simonenkov qətlə yetirilib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, hadisə Rusiyanın Moskvaətrafı vilayətinin Noginsk şəhərində baş verib.

Noginsk Boks Federasiyasının prezidenti ilə birgə onun sürücüsü də qətlə yetirilib. Hüquq mühafizə orqanları, hələ ki, bu barədə məlumat verməkdən boyun qaçırır.

Cinayəti törədən şəxsin tapılması istiqamətində istintaq-əməliyyat tədbirləri gedir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm