İdman
Ermənistanın komitə prezidenti: “Azərbaycanda ermənilərin təhlükəsizliyi təmin olunarsa…”
Ermənistanın Milli Olimpiya Komitəsinin prezidenti Qaqok Çarukyan İrəvanda I Avropa-Olimpiya oyunları ilə bağlı mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, Qaqok Çarukyan bildirib ki, erməni olimpiya iştirakçıları 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarında iştirak etməyə hazırdır.
"Ermənistan "sərhədsiz idman" olimpiya devizi ilə gəlir. Qonşu ölkələr öz problemlərini danışıqlar vasitəsilə sülh yolu ilə həll etməlidir. Əgər Azərbaycan erməni nümayəndəsinin təhlükəsizliyi üçün zəmanət verərsə, ermənilər Bakıya getməyə hazırdır".
Xatırladaq ki, I Avropa-Olimpiya Oyunları 2015- cilin iyul ayının 12-28-də Bakıda keçiriləcək. Bu çempionata 49 Avropa ölkəsindən 5000 iştirakçı qoşulacaq.
Azərbaycanın idman naziri Azad Rəhimov da bildirmişdi ki, ermənilər çempionat zamanı Bakıya gəlmək istəsələr, onların təhlükəsizliyi tam təmin olunacaq.
Aygün İlqarqızı
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu