• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Blatterdən UEFA-ya dəyişiklik müraciəti

  • İdman
  • 10 Oktyabr 2014 19:00
  • 311 Baxış
Blatterdən UEFA-ya dəyişiklik müraciəti

FİFA prezidenti Yozef Blatter UEFA Çempionlar Liqası və Avropa Liqasında uzun müddətdir ki, istifadə olunan səfərdə vurulan qolun üstünlüyü metodunun dəyişdirilməsini istəyir.

Blatter müsahibəsində məsələyə münasibət bildirib:

“Futbol 1960-cı illərlə müqayisədə çox dəyişib. Səfərdə vurulan qol qaydası artıq dəyişdirilməlidir. Bunun bir mənası qalmayıb.

Əvvəllər səfər matçları uzun məsafələr səbəbindən çətin idi. Stadionlarda şəraitlər bir-birindən çox fərqli idi. Cavab oyunları uzatmaya gedən zaman səfərdə oynayan komandanın 30 dəqiqə ərzində vuracağı qol ev sahibi komandadan daha dəyərli hesab olunur. Həmçinin birinci oyunlarda uzatmanın olmadığını da xatırlatmaq lazımdı.

İngilis futbolunda turnirlərin “pley-off” yarımfinallarında səfərdə vurulan qol üstünlüyündən istifadə olunmur.

MLS-lə Şimali-Mərkəzi Amerika və Karib adaları (CONCACAF) Çempionlar Liqasında sözügedən qayda dəyişdirilə bilər. Bu turnirlərdən başlayaraq səfərdə vurulan qol 90 dəqiqə ərzində üstünlük yarada bilər, ancaq uzatmada vəziyyət tamam başqa olacaq".

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR