Dünyanın ən ilginc komandası
Bizi izləyin

İdman

Dünyanın ən ilginc komandası

Türkiyədə qəribə heyəti olan bir klub var.

Dünyada bənzəri olmayan futbol klubu qardaş ölkənin həvəskarlar liqasında çıxış edir. "Onbirateş" klubunun futbolçularının 11-i də yaxın qohumdur.

Ankaranın məşhur məhəllələrindən olan Atıfbeydə 1954-cü ildə 11 qohum gənc tərəfindən yaradılan və "Onbirateş" adlandırılan klubda xala, bibi, əmi oğlanları forma geyinir. Klubun prezident postu isə babadan nəvəyə keçib.

Klubun hazırkı prezidenti Cankat Erolfanoğludur. O bildirib ki, Ankarada 10 min nəfər qohumları yaşayır:

“Atıfbey “Onbirateş” və idman sayəsində Ankaranın narkomaniyanın yayılmadığı məhəllələrindən biridir. Hədəfimiz həvəskarlar liqasının Ankara qrupunda çempion olaraq regional həvəskarlar liqasına (BAL) vəsiqə qazanmaqdı. Ən böyük məqsədimiz isə peşəkar liqada oynamaqdır".

Məşhur məşqçi Samet Aybaba da "Onbirateş"in İdarə Heyətində də yer alır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm