Aftomobil həvəskarları üçün yeni sayt
Bizi izləyin

İdman

Aftomobil həvəskarları üçün yeni sayt

Azərbaycan Avtomobil Federasiyasının (AAF) rəsmi saytı (www.faa.az) istifadəyə verilib.

Publika.az xəbər verir ki, saytda Federasiya və onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə materiallar təqdim olunur. Veb-səhifədə, həmçinin avtomobil və onun tarixi, eləcə də idmanın bu növü haqqında maraqlı məlumatlar verilir.

Sayt “Haqqımızda”, “İdman”, “Xəbərlər”, “Mobillik”, “Tədbirlər”, “Avtomobil”, “Qalereya” bölmələrindən ibarətdir. Veb-səhifədə Azərbaycan Avtomobil Federasiyasının fəaliyyətinə dair xəbərlərlə yanaşı, ölkəmizdə idmanın bu növünün inkişafı, keçirilən yarış və tədbirlər barədə informasiyalar, foto və video materiallar təqdim edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm