Şahmatçılar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Bizi izləyin

İdman

Şahmatçılar Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Publika.az xəbər verir ki, qonaqlara Mərkəzin əsas məqsədinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, siyasi irsinin dərindən öyrənilməsi və təbliği olduğunu bildiriblər.

Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biridir. Dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa olunmuş bu bina paytaxtımızın qonaqlarının baş çəkdiyi əsas məkanlar sırasındadır.

Turnirin iştirakçıları Mərkəzdə Heydər Əliyev Muzeyi, “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm