Gülənin adamına canlı yayımda silah dirədilər – VİDEO
Bizi izləyin

İdman

Gülənin adamına canlı yayımda silah dirədilər – VİDEO

Adnan Aybaba canlı yayımda Məhmət Baransunun ağzına silah dirəyib.

Publika.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, “TV Em” televiziyasında yayımlanan “Sərbəst Vuruş” proqramında dünya televiziya tarixində nadirən rast gəlinən bir hadisə baş verib. Belə ki, proqrama şərhçi olaraq dəvət edilən Adnan Aybaba özü ilə gətirdiyi tapançanı Məhmət Baransunun ağzına tıxayıb. Türkiyə milli futbolçularından olan Gökhan Törə və Hakan Çalxanoğlunun aralarından baş verdiyi iddia edilən silahlı mübahisəni canlandırmaq istəyən Aybaba oyuncaq tapançanı Baransuya tuşlayıb.

Silahı görən Baransu qısamüddətli gərginlik yaşayıb. Məhmət Baransu daha sonra silahı götürərək həqiqi olub-olmamasını yoxlayıb. Oyuncaq olduğunun fərqinə vardıqdan sonra silahı Aybabaya qaytaran Baransu canlandırmaya davam edib. Aybananın oyuncaq tapançanı Məhmət Baransunun ağzına tıxamaq cəhdləri tamaşaçılara gülməli anlar yaşadıb.

Xatırladaq ki, Fətullah Gülənin yaxın adamlarından olan Məhmət Baransu Türkiyə mətbuatında “bavulçu” yəni “çamadançı” olaraq tanınır. Buna səbəb isə əsrin davası olaraq tanınan “Ergenekon” məhkəmə prosesi zamanı prokurorluğa çamadan dolusu dosye gətirib. Daha sonra 17 dekabr əməliyyatları zamanı bir sayt açaraq Türkiyə hökumətinin, demək olar ki, bütün nazirləri ilə azərbaycanlı biznesmen Rza Zərrab arasındakı pul alış-verişini faktlarla yayımlayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm