İmtinanın səbəbi açıqlandı - “Maddi durumları çox yüksək deyil”
Bizi izləyin

İdman

İmtinanın səbəbi açıqlandı - “Maddi durumları çox yüksək deyil”

Yayılan məlumata görə 8 futbol klubu Azərbaycan Kubokunda iştirakdan imtina edib.

Həmin klublar I divizionda yer alan "Göyəzən", "Energetik", "Şəmkir", "Şuşa", "Turan Tovuz", "Kəpəz", "Bakılı" və "Mil-Muğan"dır.

Məsələyə aydınlıq gətirmək üçün PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. A.Şahgəldiyev Publika.az-a açıqlamasında klubların kubokda oynamamasına belə aydınlıq gətirib:

“Biz kubokda iştirakla bağlı bütün klublara müraciət edirik. I divizionda klubların maddi durumları çox yüksək deyil. Biz də bunu nəzərə alırıq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm