Azərbaycan - Xorvatiyaya qarşı
Bizi izləyin

İdman

Azərbaycan - Xorvatiyaya qarşı

Bu gün Bakı vaxtı ilə saat 23:45-də “Avro-2016”nın seçmə mərhələdə Azərbaycan millisi üçüncü oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Berti Foqtsun komandası səfərdə Xorvatiya ilə üz-üzə gələcək. İlk oyunda Bolqarıstana, oktyabrın 10-da isə İtaliya millisinə 1:2 hesabı ilə uduzan yığmamız çətin səfər matçından xalla qayıtmağa çalışacaq. Qrupun favoritlərindən olan Xorvatiyanın buna imkan verib-verməyəcəyi maraqla gözlənilir.

Oynu isveçrəli hakimlər briqadası idarə edəcək.

13 oktyabr

“Avro-2016”nın seçmə mərhələsi

H qrupu

23:45. Xorvatiya – Azərbaycan (İctimai Tv)

Hakimlər: Stefan Studer, Sandro Pozzi, Yan-Yves Viçt (İsveçrə)

Osiyek. "Qradski" stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm