"Bakı Gimnastika Məktəbinin potensialı çox güclüdür"
Bizi izləyin

İdman

"Bakı Gimnastika Məktəbinin potensialı çox güclüdür"

"Biz bu gün Bakıda daha bir gimnastika bayramı yaşadıq. Zəngin ənənələrə malik olan Bakı Gimnastika Məktəbinin potensialı çox güclüdür. Məktəbin məzunları qitə, dünya, hətta Olimpiya çempionları da olublar".

Publika.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri Bakı Gimnastika Məktəbində keçirilən gimnastika axşamında iştirak edən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

O, Bakıda keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın uğurlu çıxışını xüsusi vurğulayıb. “Bakı-2015” birinci Avropa Oyunlarında idmançılarımızın yaxşı nəticələr əldə edəcəklərinə ümidvar olduğunu söyləyib.

Milli Gimnastika Arenasının istifadəyə verildiyini xatırladan Altay Həsənov əsas yığmanın bu arenada məşq etdiyini söyləyib.

O, paytaxtla yanaşı, bölgələrimizdə də idman kokomplekslərinin yaradıldığını, bu sahədə inkişafın getdiyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm