İdman
Millimizin üzvü Türkiyə kubokunda qol vurdu, amma… (VİDEO)
Türkiyə Kubokunun qrup mərhələsində V turun oyunları keçirilib. Publika.az xəbər verir ki, millimizin üzvü Cihan Özkarının çıxış etdiyi “Sivasspor” “Bursaspor”u qəbul edib.
Sivas təmsilçisinin baş məşqçisi Roberto Karlos çempionat oyunlarından fərqli olaraq Cihan Özkaraya etimad göstərib və start heyətində yer verərək, 90 dəqiqə oynadıb. Hesabı 53-cü dəqiqədə qonaq komandadan Stanislav Sestak açıb. 70-ci dəqiqədə Cihan sarı vərəqə alıb.
Millimizin üzvü cəmi 1 dəqiqə sonra bərabərliyi təmin edib. Lakin Özkaranın qolu xal qazanmaq üçün yetərli olimayıb. Belə ki, 85-ci dəqiqədə Ahmet Şahbaz topu öz qapısına vuraraq, "Bursaspor"u sevindirib - 2:1.
Qeyd edək ki, Cihan cari mövsümdə Super Liqada 9 oyuna çıxıb və cəmi 66 dəqiqə oynayıb. O, kubokda keçirdiyi 7 oyundan 3-də start heyətində yer alıb və 403 dəqiqə oynayıb. Millimizin üzvü mövsüm ərzində hər iki qolunu məhz kubokda vurub. Bundan əvvəl o, "Bucak Oğuzhanspor"la oyunda (5:0) fərqlənmişdi.
Türkiyə Kuboku
Qrup mərhələsi
V tur
6 fevaral
Sivasspor - Bursaspor 1:1
Qollar: Cihan Özkara, 71 - Stanislav Sestak, 53. Ahmet Şahbaz, 85 (avtoqol).
Sivasspor: Korcan Çelikay (Nihat Şahin, 46), Abdurrahman Dereli (Fatih Kıran, 70), Yakub Navratil, Eren Aydın, Kadir Bekmezci, Hakan Arslan, Ahmet Şahbaz, Aydın Karabulut, Mehdi Taouil, Pedro Oldoni (Con Utaka, 59), Cihan Özkara.
Ehtiyat oyunçular: Çiçinyo, Ümit Kurt, Burhan Eşer, Adem Koçak.
Sarı vərəqələr: Kadir Bekmezci, 28. Cihan Özkara, 70. Aydın Karabulut, 87. Yakub Navratil, 89 - Renato Kaja, 47. Şener Özbayraklı, 58. Şamil Cinaz, 75. Serdar Aziz, 83.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov