Avropa və dünya çempionumuz öz toyunda güləşdi – FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

Avropa və dünya çempionumuz öz toyunda güləşdi – FOTOLAR/VİDEO

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü Hacı Əliyev özünə toy edib. Publika.az xəbər verir ki, 25 yaşlı idmançının toyu Bakıdakı şadlıq saraylarından birində baş tutub.

Mərasimə Azərbaycan Güləş Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri qatılıb. Avropa və dünya çempionumuzun toyunda həmçinin Bakıda səfərdə olan 3 qat olimpiya, 6 qat dünya və 6 qat Avropa çempionu Buvaysar Saytiyev də iştirak edib.

Azərbaycan pəhləvanı Hacı Əliyev öz toyunda “Cəngi” sədaları altında qurşaq tutub.

Federasiyadan Hacı Əliyevin toy günü ilə bağlı belə deyilib:

“Hacını səmimi qəlbdən təbrik edir, ona ailə həyatında xoşbəxtlik, gələcək idman karyerasında uğurlar arzu edirik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm