“Qırğın” davam edir - VİDEO
Bizi izləyin

İdman

“Qırğın” davam edir - VİDEO

“Avro-2016”nın seçmə mərhələsində III turun növbəti oyunları keçirilib. D, F və İ qruplarında 8 qarşılaşma baş tutmalı idi. Lakin Serbiya-Albaniya matçı 41-ci dəqiqədə dayandırılıb.

Publika.az xəbər verir ki, buna səbəb Belqraddakı stadiona helikopterlə Albaniya bayrağının endirilməsi olub. Bu hadisə serbiyalı futbolçuları özündən çıxarıb. Daha sonra rəqib futbolçular arasında münaqişə yaranıb. Meydana kənar əşyalar atılıb. Buna görə də matçın baş hakimi Martin Atkinson oyunu dayandırıb. Görüş qeyri-müəyyən vaxtadək təxirə salınıb.

D qrupunda Cəbəllütariq millisi evdə Gürcüstanla qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Gürcüstan millisinin ilk qolunu "Qarabağ"ın sabiq futbolçu Nikolas Gelaşvili vurub.

Polşa yığması isə Şotlandiya ilə 2:2 hesablı bərabərə qalıb. Son oyunda səfərdə Polşaya məğlub olan Almaniya millisi evdə İrlandiya ilə üz-üzə gəlib. Almanlar bu dəfə də üç xala həsrət qalıb – 1:1.


F qrupunda Finlandiya evdə Rumıniyaya 0:2, Farer adaları isə Macarıstana 0:1 hesabı ilə məğlub olub. Qrupun hazırkı lideri Şimali İrlandiya yığması səfərdə Yunanıstanın qonağı olub və 2:0 hesablı qələbə qazanıb.

İ qrupunda isə Danimarka doğma meydanda Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirib. Matçın əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Kriştiano Ronaldonun penaltidən vurduğu qol matçın taleyini həll edib – 0:1.



14 oktyabr

“Avro-2016”nın seçmə mərhələsi


D qrupu

23:45. Cəbəllütariq - Gürcüstan - 0:3
Qollar: Gelaşvili, 9 (0:1), Okriaşvili, 19 (0:2), Kankava, 69 (0:3)

23:45. Almaniya - İrlandiya - 1:1
Qol: Kros, 71 (1:0), Oşea, 90+4 (1:1)

23:45. Polşa - Şotlandiya - 2:2
Qollar: Maczunski, 12 (1:0), Maloney, 18 (1:1), Naismiz, 57 (1:2), Milik, 76 (2:2)

F qrupu

23:45. Finlandiya - Rumıniya - 0:2
Qollar: Stanku, 54 (0:1), 84 (0:2)

23:45. Yunanıstan - Şimali İrlandiya - 0:2
Qol: Vard, 9 (0:1), Lafetti, 51 (0:2)

23:45. Farer adaları - Macarıstan - 0:1
Qol: Szalai, 21 (0:1)

İ qrupu

23:45. Serbiya - Albaniya - 0:0 (yarımçıq dayandırılıb)

23:45. Danimarka - Portuqaliya - 0:1
Qol:
Ronaldo, 90+5-pen. (1:0)


E qrupu

San-Marino – İsveçrə - 0:4

Qollar: Səfəroviç, 10; 24, Cemaili, 30, Şaqiri, 79

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm