“Başını bədənindən ayıraram”
Bizi izləyin

İdman

“Başını bədənindən ayıraram”

Türkiyə millisinin və “Atletiko”nun üzvü Arda Turanın "Avro-2016"nın seçmə mərhələsində Latviya ilə matç (1:1) zamanı rəqib komandanın futbolçusu Qints Freymanisi hədələdiyi iddia edilir.

Publika.az xəbər verir ki, bu barədə latviyalı futbolçu özü danışıb. Qints Ardanın onu başını bədənindən ayırmaqla təhdid etdiyini deyib:

“Arda mənə yaxınlaşaraq “Bir az futbol oynayın! Futbol oynamağı da bacarmırsınız. Ancaq təpik atmağı bilirsiniz. Sənin başını bədənindən ayıraram!” dedi. Arda həmçinin mənə ispan dilində də bəzi təhqiramiz ifadələr də işlətdi".

Qeyd edək ki, Freymanis Türkiyə millisi ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm