• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Yenə söz oyununa çıxdılar

  • İdman
  • 15 Oktyabr 2014 18:48
  • 441 Baxış
Yenə söz oyununa çıxdılar

"Qalatasaray" və "Fənərbaxça" düşərgəsində yenə gərginlik hiss olunur.

Ötən derbidə diqqət mərkəzinə düşən Volkan Demirel və Felipe Melo açıqlama veriblər.

Publika.az xəbər verir ki, Volkan sosial şəbəkədə belə yazıb:

“Qalatsaray”la oyunun nə anlama gəldiyini hamı bilir. Həmişəki kimi, "TT Arena"ya 3 xal üçün gedəcəyik. Zədəm tam sağalmayıb. Amma ayağım qopsa da, "Qalatasaray"a qarşı oynamaq istəyirəm. Matçdan əvvəl məlum insana (Meloya – red red.) demək istəyirəm ki, yenə təxribat etməsin. O "Pitbull", yəqin, dərsini alıb. Almayıbsa, ona dərsini yenə verərik”.

Melo isə Volkana belə reaksiya verib:

“Onun sözlərini ciddi hesab etmirəm. Mən meydanda cavab verirəm. Volkanın mənə düşmənçiliyini həqiqətən anlaya bilmirəm. O, mənə dərs verəcəyini deyib. Braziliyada Volta-Redonda şəhərinin küçələrində böyümüşəm. Heç kimdən qorxum yoxdur. Ümid edirəm, derbi sakit keçər və "Qalatasaray" zəfər çalar”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR