Qalmaqalla bağlı araşdırmaya başlandı
Bizi izləyin

İdman

Qalmaqalla bağlı araşdırmaya başlandı

UEFA "Avro-2016"nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə "The Guardian" məlumat verib. Ali futbol qurumunun intizam komitəsi Serbiyada baş verən olaylarla bağlı bütün detalları təhlil edəcəyini və lazımi qərarı verəcəyini açıqlayıb.

Qeyd edək ki, Serbiya - Albaniya oyunu haqda yeni iddia ortaya atılıb.

Serbiyada baş verən insidentə Albaniya prezidenti Edi Ramanın qardaşı Olsi Ramanın səbəb olduğu bildirilir.

Görüşü VİP lojadan izləyən Ramanın matçın 44-cü dəqiqəsində uzaqdan idarə edilən helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağını meydançaya endirməsi qalmaqala səbəb olub. Xatırladaq ki, Kosova 2008-ci ildə Serbiyadan ayrılıb.
Bu səbəbdən Olsi Rama şübhəli şəxs qismində saxlanılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm