Azərbaycan kubokunun püşkü atıldı
Bizi izləyin

İdman

Azərbaycan kubokunun püşkü atıldı

Oktyabrın 15-də XXIII Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, püşkatmada 1/16 və 1/8 final mərhələsinin cütlüyü məlum olub. 1/16 finalda “MOİK” – “Lokomotiv”, “Qaradağ Lökbatan” – “Zirə” oyunları, 1/8 finalda isə “Sumqayıt”-“Bakı”, “Xəzər Lənkəran” – “Araz-Naxçıvan”, “Simurq”–“Rəvan”, “Neftçala”–“AZAL”, “Şahdağ”-“İnter”, “Qəbələ”–“Ağsu” qarşılaşmaları keçiriləcək.

1/8 finalda, həmçinin “Qarabağ” komandası “MOİK” – “Lokomotiv” cütünün, “Neftçi” isə “Qaradağ Lökbatan”–“Zirə” cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, bu mərhələnin oyunları bir görüşdən ibarət olacaq. 1/16 final mərhələsinin oyunları oktyabrın 22-də, 1/8 final mərhələsinin oyunları isə dekabrın 3-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm