Başqa ölkənin vətəndaşı olmaq istəyir
Bizi izləyin

İdman

Başqa ölkənin vətəndaşı olmaq istəyir

"Bavariya”nın müdafiəçisi Dante Bomfim alman vətəndaşlığı almaq istədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, futbolçu, karyerasını başa vurduqdan sonra Almaniyada yaşamaq fikrindədir:

“Alman pasportu almaq fikrindəyəm. Karyeramı başa vurandan sonra burada qalmağı planlaşdırıram. Vətəndaşlıq əldə etməklə bunu asanlaşdıra bilərəm. Braziliya yığmasına qayıtmaq məsələsinə gəlincə, Dunqanın məni dəvət edib-etməyəcəyini bilmirəm”.

Məlumat üçün bildirək ki, Braziliya millisinin heyətində 13 oyun keçirən Dante 8 ildir ki, Almaniyada yaşayır. Futbolçu alman pasportu alsa belə, qaydalara əsasən, onun Bundestimin əsas komandasında çıxış etmək şansı yoxdur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm