“Bayrağı üçün savaşdı, bunu hər kəs edər” - VİDEO
Bizi izləyin

İdman

“Bayrağı üçün savaşdı, bunu hər kəs edər” - VİDEO

Xəbər vermişdik ki, “Avro 2016”nın seçmə mərhələsində “Serbiya – Albaniya” oyununda qalmaqal baş verib, Albaniya millisinin futbolçuları serbiyalı azarkeşlərin təzyiqinə məruz qalıb.

Məlumatlara görə, döyülən futbolçuların arasında Albaniya komandasında çıxış edən "Qarabağ"ın üzvü Ansi Aqolli də olub. Davaya səbəb oyunun 41-ci dəqiqəsində Belqraddakı stadionda pilotsuz helikopterlə Albaniya bayrağı endirilməsi olub.

Çıxış etdiyi “Qarabağ” klubundan futbolçunun durumu ilə bağlı məlumat aldıq. Publika.az-a danışan klubun mətbuat xidmətinin rəhbəri futbolçunun döyülmədiyini deyib:

“Futbolçunun “Qəbələ” ilə keçiriləcək oyuna çıxıb-çıxmayacağına baş məşqçi oyun zamanı qərar verəcək. Ansi də həmin hadisə günü bayrağını qorumağa çalışıb, hər kəs bayrağı üçün savaşar. Yəni onun yerinə kim olsa, belə edərdi. O ki qaldı Aqollinin döyülməyinə, xeyr, döyülməyib. Xəsarət də almayıb. O, artıq dünən qayıdıb”.

Aqolli isə iştirakçısı olduğu qarşılaşma ilə bağlı Türkiyə mətbuatına belə danışıb:

"Serb oyunçular bayrağımızı alıb cırmaq istədilər. Biz isə buna icazə verə bilməzdik. Bunun üçün də bayrağı əllərindən aldıq. Kiməsə zərər verəcək bir hərəkət etmədim. Amma mənə bir neçə dəfə yumruq atdılar".

Aqolli daha öncə İrəvanda oynanılan Ermənistan - Serbiya matçında da erməni tərəfdarların "Qarabağ Ermənistanın, Kosova Serbiyanındır" pankartına da münasibət bildirib:

"Hər kəs Qarabağ və Kosovanın kimin olduğunu çox yaxşı bilir. Dünya Qarabağı Azərbaycanın toprağı, Kosovanı isə muxtar respublika kimi tanıyır".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm