• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Cahangir Əsgərovun qurumunda yenilik: “Biri getdi, biri gəldi”

  • İdman
  • 16 Oktyabr 2014 16:19
  • 737 Baxış
Cahangir Əsgərovun qurumunda yenilik: “Biri getdi, biri gəldi”

Ağır Atletika Federasiyasında 500 min borcunu ödədikdən sonra yığma komandada növbəti dəyişikliyin olunması və Nizami Paşayevin yenidən milliyə qaytarılması barədə məlumat vermişdik.

Milliyə gələcək yeni baş məşqçisinin də əcnəbi olacağı bildirilirdi. (http://publika.az/p/44365 )

Publika.az-ın aldığı məlumata görə, Cahangir Əsgərovun federasiyasında millinin yeni məşqçilər korpusu artıq tam hazırdır. Ağır atletlərimizi 5 nəfərdən ibarət heyət çalışdıracaq. Bu heyətdə Hafiz Süleymanov, Nizami Paşayevlə yanaşı, Xanlar Nəbiyev və Elmar Sultanov da çalışacaq. Millinin yeni baş məşqçisi isə Tamas Feher olub.

Məlumat üçün bildirək ki, Tamas Feher macarıstanlıdır. Bir vaxtlar İngiltərənin ağır atletika millisini də çalışdırıb.

Komandamız gələn ay baş tutacaq dünya çempionatına da məhz bu məşqçilər korpusunun rəhbərliyi altında çıxacaq. Ancaq iş orasındadır ki, mundiala gedəcək idmançılarımızın siyahısı hələ bəlli deyil.

Aldığımız digər məlumata görə, federasiya bunun da yolunu tapmağa çalışır. Belə ki, rəhbərlik idmançı axtarışına çıxıb. Onlar yığmaya cəlb etmək və növbəti yarışlara çıxarmaq üçün idmançısız qalıblar.

Bu üzdən kənarda qalmış idmançılara da şans verməyə çalışırlar. Bu şans yerli idmançılarımızın üzünə gülə bilər.

Dopinqdə adı hallanan, 2 il müddətinə cəzalandırılan olimpiya mükafatçımız Valentin Xristov da cəzasının bitməsinə 1 il 5 ay qalmış artıq məşqlərə başlayıb. O, əvvəlki formasına qayıtmaq üçün əlləşir.

Bu müddət bitdikdən sonra idmançının yarışlarda iştirakına, demək olar ki, heç bir əngəl qalmır.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR