Nemanya Vidiç təsdiqlədi: “Gedirəm”
Bizi izləyin

İdman

Nemanya Vidiç təsdiqlədi: “Gedirəm”

Nemanya Vidiç təsdiqlədi: “Gedirəm”

“Mançester Yunayted”in 32 yaşlı yarımmüdafiəçisi Nemanya Vidiç mövsümün sonunda komandadan gedəcəyini təsdiqləyib. Publika.az xəbər verir ki, serb futbolçu yeni çağırışa ehtiyacı olduğunu bildirib:

“Mən “MY”də möhtəşəm 8 il keçirdim. Artıq getmək vaxtı çatıb. Karyeramın bu illərini ömrüm boyu xatırlayacam. Bu illər mənim həyatımın ən önəmli çağları olub.

Komanda ilə birlikdə 15 titul qazanmışam. Bunu ancaq xəyal etmək olardı. Ancaq indi hiss edirəm ki, mənə yeni çağırış lazımdı. Qərara gəlmişəm, bu mövsüm mənim üşün “Mançester Yunayted”də sonuncu olacaq”.

Qeyd edək ki, Vidiçin müqaviləsi mövsümün sonunda başa çatır.

O, “MY”də 2006-cı ildən çıxış edir. Moskva “Spartak”ından “Mançester Yunayted”ə gələn müdafiəşi müxtəlif turnirlərdə 287 oyuna çıxıb.

Onu da qeyd edək ki, Vidiçin “İnter”ə keçəcəyi ilə bağlı xəbərlər də dolaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm