Məmmədovanın ailəsini müharibə dağıtdı – “Müharibədən qorxuram”
Bizi izləyin

İdman

Məmmədovanın ailəsini müharibə dağıtdı – “Müharibədən qorxuram”

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının və "Volero" klubunun hücumçusu Natalya Məmmədova müharibənin təsirindən danışıb.

Publika.az xəbər verir ki, xanım voleybolçu muharibədən qorxduğunu etiraf edib:

“Mən Donetskdə baş verənlərdən narahatam. Müharibədən qorxuram”.

29 yaşlı oyunçu bildirib ki, Ukraynadakı məlum hadisələrlə əlaqədar anası Donetskdən artıq Rusiyanın nəzarətində olan Sevastopola yollanıb. Müharibənin getdiyi şəhərdə yalnız onun qardaşı qalıb. Natalya və bacısı Yelena isə Ukraynadan xaricə üz tutublar.

Qeyd edək ki, bu ailənin əsl soyadı Skazkadır. 12 il öncə Natalya milliləşdirilərək, soyadını Məmmədova ilə əvəzləyib və yığmamıza cəlb olunub. O, 1,96 metr boya malikdir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm